YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir

YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir Lavaşın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin müzakirəsi gözlənilir
Mədəniyyət siyasəti
28 Noyabr , 2016 13:07
YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir

Bakı. 28 noyabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilir.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sessiyada ölkəmizi Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Efiopiyadakı səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edirlər.

Yığıncaq çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaq. Ölkələrin təqdim etdiyi faylların, eləcə də Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanmış və YUNESKO-ya təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.

Sessiya dekabrın 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi