Yuxarı

Yuğ teatrının yeni direktoru kollektivə təqdim edilib

Yuğ teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə İslam Həsənov Yuğ Dövlət Teatrına direktor təyin edilib. İslam Həsənov yaradıcı kollektivə təqdim olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.

Nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yeni direktoru kollektivə təqdim edərək onun teatr sahəsində fəaliyyəti barədə qısa məlumat verib. Şöbə müdiri Yuğ Teatrının teatr sənətimizdə özünəməxsus yerə malik olduğunu qeyd edib, yeni direktora və yaradıcı heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, İslam Həsənov bu təyinata qədər Sumqayıt Dövlət Dram Teatrının direktoru olub. O, 1988-ci ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində, Azərbaycan Teatr Xadimləri İttifaqında çalışıb. 2007-ci ildə Lənkəran Dövlət Dram Teatrına direktor təyin edilib. 2014-cü ildən 2018-ci ilədək Sumqayıt teatrına rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi