Yuxarı

YARAT-da Bakının memarlıq inkişafına dair müzakirələr keçirilib

YARAT-da Bakının memarlıq inkişafına dair müzakirələr keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ YARAT Müasir İncəsənət Mərkəzində "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək" mövzusunda müzakirələr keçirilib.

"Report" xəbər verir ki, tədbir dünya üzrə intellektualları, tədqiqatçıları, sənətkarları və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxsləri bir araya toplayan "Fikirlər gecəsi"nin (Nuit des İdées) 2-ci buraxılışı çərçivəsində Fransız İnstitutu tərəfindən təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Fransanın Azərbaycandakı səfiri Aurelia Buşe qeyd edib ki, bu layihə artıq neçənci dəfədir dünyanın 50-dən çox ölkəsində keçirilir.

Onun sözlərinə görə, tədbir incəsənət xadimlərini, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və sadəcə, bu mövzu ilə maraqlanan bütün vətəndaşları Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlarda iştirak etmək üçün bir araya gətirmək məqsədi daşıyır.

Müzakirələr zamanı iştirakçılar Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında fikir mübadiləsi aparıb, şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışıblar.

Debatlarda həm Azərbaycan, həm də Fransa memarları iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi