"Notr-Dam-de-Pari" kilsəsindən xilas edilən əşyalar Luvra yerləşdiriləcək

"Notr-Dam-de-Pari" kilsəsindən xilas edilən əşyalar Luvra yerləşdiriləcək Notr-Dam-de-Pari kilsəsində yanğın zamanı xilas edilən sənət əsərləri və dini əşyalar, o cümlədən müqəddəs hesab olunan İsa peyğəmbərin tikanlı tacı Luvr muzeyinə köçürüləcək.
Mədəniyyət siyasəti
16 Aprel , 2019 17:41
Notr-Dam-de-Pari kilsəsindən xilas edilən əşyalar Luvra yerləşdiriləcək

"Notr-Dam-de-Pari" kilsəsində yanğın zamanı xilas edilən sənət əsərləri və dini əşyalar, o cümlədən müqəddəs hesab olunan İsa peyğəmbərin tikanlı tacı "Luvr" muzeyinə köçürüləcək".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Frank Riester jurnalistlərə açıqlamasında bildirib. 

O, kilsədə yanğın zamanı yanğınsöndürənlərlə Nazirlik və şəhər bələdiyyəsi əməkdaşlarının dəyərli əşyaları müvəqqəti olaraq Paris bələdiyyəsinin binasına daşıdıqlarını söyləyib.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində, Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Son xəbərlər

Orphus sistemi