“Tam sağalandan və Bakıya qayıdandan sonra yenidən sənətimə davam edəcəm. İlk olaraq
Bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.
O, xəstəxanadan buraxılandan üç ay sonra sənətini davam etdirmək istədiyini bildirib.
Y.Rzazadə vurğulayıb ki, Türkiyədə müalicə aldığı xəstəxanada ona çox yüksək səviyyədə diqqət və qayğı göstərilir: “Hazırda uzanmışam, sistem köçürülür. Özümü o qədər də yaxşı hiss etmirəm. Həkimlər də konkret olaraq heç nə demirlər. Ümumilikdə, müalicələrim yüksək səviyyədə həyata keçirilir. Əməliyyatdan sonra iki dəfə gəzməyə başlamışam. Amma hələ ki, ayağa qalxıb yeriməyə halım yoxdur. Bu xəstəxanaya yerləşdirilən zaman məni ilk olaraq müayinə etməyə cəlb olunan həkimlər iki gün də geciksəydim, artıq hər şeyin gec olacağını bildirdilər. Buna görə də həyatımı Heydər Əliyev Fonduna, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezident
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.