"Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim".
Bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.
O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib:
"Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər".
Qeyd edək ki,
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.