​Xocalı faciəsi ilə bağlı ”Yara” sənədli filmi nümayiş ediləcək

​Xocalı faciəsi ilə bağlı ”Yara” sənədli filmi nümayiş ediləcək Filmin ideya müəllifi fəlsəfə üzrə doktor Elşən Hüseynovdur
Mədəniyyət siyasəti
20 Fevral , 2016 13:50
​Xocalı faciəsi ilə bağlı ”Yara” sənədli filmi nümayiş ediləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 22-də saat 15:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən Xocalı faciəsi ilə bağlı “Yara” sənədli filminin nümayiş etdirilməsi nəzərdə tutulur.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yara” sənədli filmi ermənilər və onların havadarlarının köməyi ilə 25-26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımdan bəhs edir. Filmdə erməni vəhşiliklərini əks etdirən və indiyə kimi heç bir yerdə sadalanmayan faktlar,real şahidlərin ifadələri, soyqırımı törədən “qəhrəmanlar”ın insanlığa yaraşmayan əməlləri, onları bu işə “həvəsləndirən”lərin fikirləri, habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımla bağlı məlumatlar öz əksini tapıb. Çəkiliş zamanı kifayət qədər foto-arxiv sənədləri əldə edilib, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatdan faktlar götürülüb, ermənilərin özlərinin “qəhrəmanlıqları”ndan bəhs edən və bu əməllərini sübut edən video və yazılı sənədlər toplanıb, faciənin canlı şahidlərindən ifadələr alınıb. Sənədli filmdə ermənilərin Qarabağa köçürülməsi və bunun siyasi və hərbi məqsədləri tarixçi araşdırmaçının geniş təhlili ilə tamaşaçının diqqətinə çatdırılır. Təxminən 30 dəqiqəlik olan bu sənədli filimdə yaradıcı heyət çalışıb ki, tamaşaçıya faciənin dərd yükünü və bunun insanlığa bir böyük ləkə olduğunu anlatsın.

Qeyd edək ki, film ictimai birliyin üzvü istedadlı gənc rejissor Emil Lətifov tərəfindən hazırlanıb. Filmin ideya müəllifi fəlsəfə üzrə doktor Elşən Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi