Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının direktoru vəzifəsinə Məmmədova Həmidə Sadıq qızı təyin olunub.
Bu barədə “Report”a Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən məlumat verilib.
“Yeni təyinat mədəniyyət müəssisələrində iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir”, - baş idarədən bildirilib.