Xalq artisti: "Rafiq Hüseynovun ölümü ilə biz diktorlar yetim qaldıq"

Xalq artisti: "Rafiq Hüseynovun ölümü ilə biz diktorlar yetim qaldıq" "Onun kimi diktor olmayacaq"
Mədəniyyət siyasəti
3 Noyabr , 2017 10:44
Xalq artisti: Rafiq Hüseynovun ölümü ilə biz diktorlar yetim qaldıq
xalq artisti, tanınmış diktor Ofeliya Sənani / Report

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış diktorları Rafiq Hüseynovla bağlı danışıblar.

"Report"un xəbərinə görə, jurnalistlərə açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani Rafiq Hüseynovun yoxluğunun onun üçün çətin olduğunu deyib: "Rafiq bizim əzizimiz, yaxın məsləhətçimiz, əla dostumuz idi. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Gözəl səsi, gözəl ürəyi olan əvəzolunmaz diktor idi. Heç kəs məndən inciməsin, amma Rafiq Hüseynov kimi diktor olmayacaq. Rafiq Hüseynova Moskvada iş təklif etmişdilər. Ona ev də, yüksək maaş da verirdilər. Rafiq razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il Rafiqlə bir yerdə işləmişik. Allah onu o qədər çox istəyir ki, onunla vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü".

Xalq artisti Şərqiyyə Hüseynova bildirib ki, bu gün diktorlar əziz dostunu, qardaşını, müəllimini itiriblər: "Baxmayaraq ki, yaş fərqimiz azdır, amma hesab edirəm ki, ulu bir insanı itirmişik. Çox gözəl dost, hamımıza arxa-dayaq idi. Əlli ildir bir yerdə idik. Ona görə də Rafiq Hüseynovu itirmək çox ağırdır". 

Son xəbərlər

Orphus sistemi