Xalq artisti Ağaxan Salmanlı Suraxanıda dəfn olunacaq

Xalq artisti Ağaxan Salmanlı Suraxanıda dəfn olunacaq Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.
Mədəniyyət siyasəti
29 Fevral , 2020 10:25
Xalq artisti Ağaxan Salmanlı Suraxanıda dəfn olunacaq

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

"Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq", - P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi