Xalça Muzeyinin direktoru "Şöhrət" ordeni ilə təltif edilib

Xalça Muzeyinin direktoru "Şöhrət" ordeni ilə təltif edilib Orden Röya Tağıyevaya Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə verilib
Mədəniyyət siyasəti
26 Yanvar , 2015 18:53
Xalça Muzeyinin direktoru Şöhrət ordeni ilə təltif edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin direktoru Röya Tağıyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, orden R. Tağıyevaya Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə verilib.

Xatırladaq ki, R.Tağıyeva 1945-ci il yanvarın 1-də Bakı şəhərində anadan olub. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1964-1966-cı illərdə Azərbaycan Pedaqoji Universitetinin nəzdindəki ingilis dili kurslarını bitirib. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 1999-cu ildə Britaniya Şurasının Elmi mərkəzinin ingilis dilinin öyrənilməsi üzrə 1, 2, 3, 4-cü dərəcəli sertifikatı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi