Bakı. 2 noyabr. REPORT.AZ/ Volqoqradda "Mənim Azərbaycanım" adlı sərgi keçirilir.
"Report" "Volqoqradskaya pravda"ya istinadən xəbər verir ki, sərgi Azərbaycan mədəniyyətinə həsr olunub.
Sərgi şəhər sakinlərini Azərbaycanın rəssam və dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığı, milli geyimləri və xalçaları ilə tanış edəcək.
Tədbir "Rusiya xalqlarının konsolidasiyası amili kimi milli mədəniyyətlərin qarşılıqlı əlaqəsi" layihəsi çərçivəsində Volqoqradın Krasnoarmeyskiy rayonunun muzey-sərgi mərkəzinin binasında keçirilir. Sərgi dekabrın 1-dək davam edəcək.