Vaşinqtonda Azərbaycan xalçaları sərgisi keçiriləcək

Vaşinqtonda Azərbaycan xalçaları sərgisi keçiriləcək Tədbirin qonaqları Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar
Mədəniyyət siyasəti
31 Avqust , 2017 09:25
Vaşinqtonda Azərbaycan xalçaları sərgisi keçiriləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Vaşinqtonda Azərbaycan xalçaları sərgisi keçiriləcək.

"Report" Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgi sentyabrın 7-də Yaxın Şərq İnstitutunda baş tutacaq.

Tədbirin qonaqları Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.

Sərginin ardından rəsmi qəbul keçiriləcək.

Son xəbərlər

Orphus sistemi