​Varşavanın Kral sarayında muğam konserti keçiriləcək

​Varşavanın Kral sarayında muğam konserti keçiriləcək Konsert I Avropa Oyunlarına həsr olunub
Mədəniyyət siyasəti
23 May , 2015 17:54
​Varşavanın Kral sarayında muğam konserti keçiriləcək

Varsava. 23 may. REPORT.AZ/ May ayının 24-də Varşavanın Kral sarayında muğam konserti keçiriləcək.

Bu barədə Polşaya ezam olunan "Report"un müxbirinə bu ölkədəki Azərbaycan səfirliyindən məlumat verilib.

Konsert Azərbaycanda iyunun 12-dən 28-dək keçiriləcək I Avropa Oyunlarına həsr olunub.

Konsertdə 8 muğam ifaçısı iştirak edəcək.

Konsertin qonaqları arasında Polşa rəsmiləri və bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri də olacaq.

Son xəbərlər

Orphus sistemi