UNESKO-da “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forum keçirilib - YENİLƏNİB

UNESKO-da “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forum keçirilib - YENİLƏNİB
Mədəniyyət siyasəti
15 May , 2019 16:15
UNESKO-da “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forum keçirilib - YENİLƏNİB
Report

Parisdə “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda keçirilən beynəlxalq forum başa çatıb.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, UNESKO-nun baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko, Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrin alim, tədqiqatçı və dövlət xadimləri iştirak ediblər.

UNESKO-nun baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Azərbaycanın UNESKO yanındakı daimi nümayəndəliyinə forumun təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Forumun birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev və başqaları çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkandakı dəyərlər, tendensiyalar, böyük şəxsiyyətlər haqqında öz fikirlərini bildiriblər.

Eyni zamanda böyük mütəfəkkir İmaməddin Nəsiminin, böyük türkoloq Əhməd Ağaoğlunun, Mustafa Kamal Atatürkün türk xalqlarının mədəni irsi və dünya tarixində rollarından danışılıb.

Forumda bu ilin böyük mütəfəkkir İmaməddin Nəsimi ili olduğu bildirilib.


*** 12:38

Fransanın paytaxtı Paris şəhərində türk sivilizasiyası və onun dünya mədəniyyətinə verdiyi töhfələrə həsr olunmuş beynəlxalq forum işə başlayıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” adlı tədbir UNESKO-nun himayəsi ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilir. 

UNESKO-nun mənzin-qərargahında baş tutan forumda Azərbaycanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev təmsil edir. 

Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

Fransa, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya, ABŞ, Hindistan, Almaniya, Niderlanddan nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatıldığı tədbirin birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri müzakirə olunacaq.

Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi