Bakı. 6 mart. REPORT.AZ/ Novruz Bayramı Parisdəki UNESCO qərargahında qeyd olunacaq. "Report" TÜRKSOY-un məlumatına istinadən xəbər verir ki, tədbir martın 24-də keçiriləcək.
Bayramın qeyd olunması, həmçinin UNESCO-nun 70-illiyinə təsadüf edir. Tədbirdə TÜRKSOY baş katibi Düsen Kasseinov, UNESCO-nun baş direktoru İrina Bokova iştirak edəcək.
Həmçinin TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına daxil olan ölkələrdən, o cümlədən Azərbaycandan olan artistlərin konserti keçiriləcək.