UNESCO baş qərargahında Azərbaycanın mədəniyyət naziri
Nazirlikdən "Report"a verilən məlumata görə, UNESCO Katibliyinin,
Əbülfəs Qarayev qeyd edib ki, “Bakı Prosesi” Azərbaycan Prezidenti
UNESCO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson təmsil etdiyi qurumun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu və budəfəki forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyini qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi Forumun proqramı ilə bağlı fikirlərini səsləndiriblər və qərara alınıb ki, proqram üzrə müzakirə mövzuları, plenar sessiyalar barədə son təkliflər aprelin 5-dək təqdim edilsin. Qeyd olunub ki, budəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçiriləcəkdir.
Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirib.