Ucar Tarix-Diyarşünaslıq Muzeyi yeni binada fəaliyyətə başlayıb

Ucar Tarix-Diyarşünaslıq Muzeyi yeni binada fəaliyyətə başlayıb Dövlət başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib
Mədəniyyət siyasəti
6 Oktyabr , 2015 18:48
Ucar Tarix-Diyarşünaslıq Muzeyi yeni binada fəaliyyətə başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Muzeydə həm ölkənin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir və bu məsələdə Ucar Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yeri ilə seçilir.

Son xəbərlər

Orphus sistemi