Yuxarı

Üç kino xadiminə Prezidentin fərdi təqaüdü təyin olunub

Üç kino xadiminə Prezidentin fərdi təqaüdü təyin olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla  Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Əbluç Ənvər Abasqulu oğlu

Qəmbərov Rəfail Əliyeviç

Məmmədov Böyükağa Zeynal oğlu.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi