Türkiyənin UNESKO üzrə Komissiyasının sədri ermənilərin "Sarı gəlin"lə bağlı iddialarına münasibət bildirib - EKSKLÜZİV

Türkiyənin UNESKO üzrə Komissiyasının sədri ermənilərin "Sarı gəlin"lə bağlı iddialarına münasibət bildirib - EKSKLÜZİV Ermənilərin Azərbaycan xalq mahnısı olan Sarı gəlini öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq.
Mədəniyyət siyasəti
21 May , 2019 14:36
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri ermənilərin Sarı gəlinlə bağlı iddialarına münasibət bildirib - EKSKLÜZİV

"Ermənilərin Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.

Onun sözlərinə görə, əsrlərdən bəri türk xalqlarının ortaq dili, mədəniyyəti olub: "Bunların sırasında "Dədə Qorqud", "Koroğlu", "Qaracaoğlan" dastanlarını, muğamları, şərqiləri, türküləri qeyd etmək olar. Əgər ermənilər də "Sarı gəlin"i oxumaq istəyirlərsə, heç bir problem yoxdur. Lakin nəyinsə özünün olduğunu iddia etmək üçün onun mənşəyini bilmək lazımdır. "Sarı gəlin" Azərbaycanın musiqisidir, sözləri türkcədir, yəni bizim hekayəmizdir, bizim şeirimizdir". 

Son xəbərlər

Orphus sistemi