Yuxarı

Türkiyənin Kapadokiya şəhərində Qarabağ küçəsinin açılışı olub - FOTO

Türkiyənin Kapadokiya şəhərində Qarabağ küçəsinin açılışı olub - FOTO
Tədbirdə millət vəkilləri, bələdiyyə sədrləri, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər
© Report.az

Kapodokiya. 24 iyul. REPORT.AZ/ Türkiyənin Kapadokiya şəhərinin Üçhisar qəsəbəsində Qarabağ küçəsinin açılışı olub.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, tədbirdə millət vəkilləri, bələdiyyə sədrləri, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq İnsitutu İctimai Birliyinin sədri Qənirə Paşayevanın təşəbbüsü və Uçhisar bələdiyyəsinin sədri Ali Karaarslanın imzası ilə hər il iki milyon turistin keçdiyi Meşə küçəsinin adı dəyişdirilərək  Qarabağ küçəsi adlandırılıb. 

Üçhisar bələdiyyəsinin sədri Ali Karaarslan bildirib ki, Qarabağ türk, Azərbaycan torpağıdır: "Ancaq təəssüf ki, həmin torpaqlar hazırda işğal altındadır. Biz bu gün Qarabağın adını şəhərimizdə yaşatmaqla mübarizəmizin və mücadiləmizin davam etdiyini deyirik. Bu, sonunadək Azərbaycanın yanında olduğumuzun ən bariz sübutudur”.

Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, Kapadokiyanın ən mərkəzi küçələrindən birinə Qarabağın adının verilməsi qardaş türk xalqının öz qardaşına sonsuz dəstəyidir: "Qarabağda yaşanan zülmə dünya səssiz qalmaqdadır. Zəhranın 2 yaşı belə, tamam olmamışdı. Baxın, görün onlar bu körpəni necə vəhşicəsinə qətl ediblər. Bunu erməni əsgəri etdi. Ancaq səsimizi dünyada neçə insan eşitdi? Hardadır insan haqlarından danışan Avropa? Elə bilirsiniz Zəhra təkdir, bizim minlərlə körpələrimizi süngüyə taxdılar, odda yandırdılar. Ona görə də biz hər gün bir az daha güclənməliyik, Zəhralarımızın qanı yerdə qalmasın deyə. İnanıram ki, gec-tez haqq-ədalət bərqərar olacaq. Qarabağımıza qovuşduğumuz günlər yaxındadır”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Mustafa Açıqgöz Qarabağın adının Kapadokiyada yaşamasının böyük qürur olduğunu vurğulayıb. 

Sonda azərbaycanlı sənətçilər - musiqiçi İlham Əskəroğlu və xanəndə Nicat Canıyevin ifasında “Qarabağ şikəstəsi” səslənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi