Türkiyədəki Beçin qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil ediləcək

Türkiyədəki Beçin qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil ediləcək Arxeoloji qazıntılar qalanın hüdudlarının müəyyənləşdirilməsinə imkan verəcək
Mədəniyyət siyasəti
24 May , 2015 16:03
Türkiyədəki Beçin qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil ediləcək

Bakı. 24 May. REPORT.AZ/ Türkiyənin Muğla vilayətindəki Beçin qalasının Dünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, ölkədəki qədim Beçin şəhəri 2012-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Beçin qalası isə bu bölgədə yerləşən eyniadlı kəndin ərazisindədir. Bu ərazidə çoxlu sayda qədim abidə, o cümlədən Əhməd qazi türbəsi yerləşir. Bildirilir ki, qalanın qüllə və bürcləri bugünədək möhkəmliyini qoruyub saxlayıb. Aparılan arxeoloji qazıntılar qalanın hüdudlarının müəyyənləşdirilməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi