Türkiyədə “Son iclas” filminin nümayişi keçirilib - FOTO - VİDEO

Türkiyədə “Son iclas” filminin nümayişi keçirilib - FOTO - VİDEO İstanbul. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin şərəfinə “Son iclas” filminin nümayişi keçirilib.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2018 14:26
Türkiyədə “Son iclas” filminin nümayişi keçirilib - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

İstanbul. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin şərəfinə “Son iclas” filminin nümayişi keçirilib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Milli İstikbarat Təşkilatı rəhbərinin müavini Şuay Albay, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, səfirlər, ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, inkişafı və süqutunun səbəbləri barədə danışıb. O, müstəqil Azərbaycanın inkişaf yoluna da nəzər salan salıb, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Azərbaycan-Türkiyə qardaşlığından söz açıb, bu birliyin sarsılmaz və əbədi olduğunu bildirib.

“BP-Türkiyə” şirkətinin rəhbəri Mick Stup Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və çətin yoldan bəhs edib, bu təcrübənin müstəqillik uğrunda mübarizə aparan dövlətlər üçün böyük təkan verdiyini dilə gətirib. 

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətini ilk olaraq Osmanlı dövlətinin tanıdığını söyləyib, Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, Azərbaycan və Türkiyənin tarix boyu bir-birinin yanında yer aldığını və bu bərabərliyin əbədiyyətə qədər davam edəcəyini vurğulayıb.

Filmin ssenaristi Müsəllim Həsənov bildirib ki, filmdə Cümhuriyyət tarixinin son iki ayı daha çox öz əksini tapıb: “Məqsəd Cumhuriyyətin qurucularının tarixin ağır sınaqları ilə üz-üzə qaldığı şəraitdə necə qərar qəbul etdiklərini tamaşaçılara göstərməkdir. Bu gün belə filmləri göstərməklə gənclərə tariximizin önəmli səhifələrini göstərməyə çalışırıq”.

Sonda çıxışçılar filimin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər. 

Rəsmi hissədən sonra filmin nümayişi olub.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmin növbəti təqdimatı  London şəhərində keçiriləcək.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi