Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirilir

Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirilir Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşəbbüsü, Türkiyənin Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində təşkil edilən simpozium “I Təsəvvüf Araşıdrmaları Beynəlxalq Simpoziumu” mövzusunda hazırlanıb.
Mədəniyyət siyasəti
10 Sentyabr , 2019 01:43
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirilir

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşəbbüsü, Türkiyənin Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində təşkil edilən simpozium “I Təsəvvüf Araşıdrmaları Beynəlxalq Simpoziumu” mövzusunda hazırlanıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, açılışda çıxış edən Təhsil Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli simpoziumun təşkil edilməsinin əhəmiyyətindən bəhs edərək bildirib ki, tədbirin Nəsimiyə həsr edilməsi təsadüfi deyil.

Onun sözlərinə görə, Nəsimi təsəvvüf ədəbiyyatının nəhəng simalarından biri olmaqla yanaşı, ümumtürk düşüncə tərzinin də əsas isimlərindən biridir.

Azərbaycan Universitetinin təmsilçisi, proffessor Fərahim Sadıqov Nəsimi ilə bağlı təsəvvüf simpoziumunun təşkil edilməsini mühüm hadisə adlandırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev belə tədbirlərin iki qardaş ölkə arasındakı elmi-mədəni münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Hacı Bektaş Vəli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqları salamlayaraq vurğulayıb ki, Nəsimi ilə bağlı simpoziumun Hacı Bektaş Vəli yurdunda keçirilməsinin mənəvi dəyəri vardır. Rektor vuğulayıb ki, ümumtürk fəlsəfi görüşlərini özündə birləşdirən Nəsiminin öyrənilməsi hər dövr üçün aktualdır.

Sonra tədbir panel müzakirələri ilə davam etdirilib.

Qeyd edək ki, simpozium öz işini sentyabrın 10-u və 11-də davam etdirəcək.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi