Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb Məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb
Mədəniyyət siyasəti
26 May , 2018 14:01
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Bakı. 26 may. REPORT.AZ/ Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə poçt markası buraxılıb.

"Report"un məlumatına görə, markanın eskizini Azərbaycanın Türkiyədəki səfirliyi "Twitter" səhifəsində paylaşıb.

Bu barədə razılaşma Azərbaycanın Türkiyədəki səfirliyi ilə qardaş ölkənin Poçt və Teleqraf Təşkilatı Baş İdarəsi arasında əldə olunub.

Min ədəd buraxılan markada Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi əks olunub.

Son xəbərlər

Orphus sistemi