Yuxarı

Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib

Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 10-da Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, xalq artisti Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, sənətkar bu yüksək dövlət mükafatına Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın xalq artistinin sabah 60 yaşı tamam olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi