Yuxarı

Tbilisidə Novruz bayramına həsr olunmuş "Bahar rəngləri" adlı sərgi açılıb

Tbilisidə Novruz bayramına həsr olunmuş "Bahar rəngləri" adlı sərgi açılıb
Sərgidə Novruz bayramını əks etdirən maddi mədəniyyət nümunələri, xalçalar, musiqi alətləri nümayiş olunur

Tbilisi. 18 mart. REPORT.AZ/ Tbilisdəki M.F.Axundzadə adina Azərbaycan Mədəniyyəti Muzeyində "Bahar Rəngləri" adlı sərgi açılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Novruz bayramına həsr olunmuş sərgidə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, xüsusilə də Novruz bayramını əks etdirən maddi mədəniyyət nümunələri, xalçalar, musiqi alətləri nümayiş olunur.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra Azərbaycanin Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək səfir Dursun Həsənovun adından iştirakçıları təbrik edib, Novruz bayramı barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, baharın gəlişini bildirən Novruz bayramı dostluq, bərabərlik, bərəkət bayramıdır.

Sonra Gürcüstan mədəniyyət nazirinin müşaviri Qeorqi Qeqeçqoriya, Gürcüstan Üzümçülük Fondunun prezidenti Stepan Asetiani, Gürcüstan Agsaqqallar Şurasinin sədri İsaq Novruzov və başqaları çıxış edərək xalqımızı Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələrindən danışıblar.

Sonra Xırdalan şəhər onbirillik musiqinin kollektivi, əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə.çıxış ediblər.

Sərgi Gürcüstanın Mədəniyyət Nazirliyinin, Azərbaycanın bu ölkədəki səfirliyinin və SOCAR-in dəstəyi ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi