Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib Tədbir “SOCAR Energy Georgia'” şirkətinin dəstəyi ilə baş tutub
Mədəniyyət siyasəti
23 İyun , 2017 19:40
Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün “SOCAR Energy Georgia'” şirkətinin dəstəyi ilə Tbilisidə (Gürcüstan) görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin ''Kəmtərovlar ailəsi'' hekayəsinin motivləri əsasında ekranlaşdırılımış ''İki yad adam'' bədii filminin təqdimat mərasimi keçirilib.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, film ilk dəfə mart ayında Çinin paytaxtı Pekində “World Cultural Open Organization”un dəstəyi ilə keçirilən “Grand Asian Film” festivalının final gecəsində nümayiş olunub, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə filmin Astanada (Qazaxıstan) nümayişi baş tutub. 

1930-cu ildə qələmə alınan əsər gənc Azərbaycan ailəsinin sosial-ictimai həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər-arvadın maraqlı ünsiyyətindən danışılır. Filmin yaradıcı heyəti tamaşaçıya bu gün də gənc ailələrdə akual olan problemləri çatdırmaq istəyib. Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkiliblər. 

Son xəbərlər

Orphus sistemi