Yuxarı

Tbilisidə Bülbülün xatirəsi anılıb - FOTO

Tbilisidə Bülbülün xatirəsi anılıb - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil etdiyi anım tədbiri Bülbülün anadan olmasının 122-ci ildönümünə həsr olunub.

Mərasim iştirakçıları Bülbülün muzeyin yaxınlığında yerləşən büstünü ziyarət ediblər və önünə əklil qoyublar.

Muzeydə davam etdirilən tədbirdə gənc musiqiçilər Ramin və Rasim Pirməmmədov qardaşları tar və pianoda Azərbaycanın milli musiqi və mahnılarından parçalar səsləndiriblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi