Tbilisidə Azərbaycanın görkəmli aliminin kitabı gürcü dilində təqdim olunub

Tbilisidə Azərbaycanın görkəmli aliminin kitabı gürcü dilində təqdim olunub Tbilisi. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru mərhum Rövşən Mustafayevin “Şeytanlaşmış cənnət kitabı gürcü dilinə tərcümə olunub.
Mədəniyyət siyasəti
30 Noyabr , 2018 19:02
Tbilisidə Azərbaycanın görkəmli aliminin kitabı gürcü dilində təqdim olunub

Tbilisi. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru mərhum Rövşən Mustafayevin “"Şeytanlaşmış cənnət" kitabı gürcü dilinə tərcümə olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib.

Nəşri gürcü dilinə şair və tərcüməçi Robert Mesxi tərcümə edib.

Tədbirdə kitabın 2007-ci ildə İsraildə işıq üzü gördüyü qeyd olunub. Kitab İsrailə köçmüş bakılıların köhnə Bakı haqqında xatirələrinin yer aldığı hekayələr toplusudur.

Bildirilib ki, R.Mesxi kitabı yüksək peşəkarlıqla tərcümə edib və müəllifin stilinin əsas ştrixlərini qoruyub saxlaya bilib.

Tədbir iştirakçıları kitabın gürcü oxucularının zövqünə uyğun nəşr olunduğunu vurğulayıblar.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Suxum Dövlət Universitetinin rektoru Zurab Xonelidze, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi