Tbilisidə Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin İşçi Qrupunun növbəti iclası keçiriləcək

Tbilisidə Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin İşçi Qrupunun növbəti iclası keçiriləcək Gürcüstanın tarixi abidələrinə baxış və bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub
Mədəniyyət siyasəti
27 Yanvar , 2017 17:45
Tbilisidə Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin İşçi Qrupunun növbəti iclası keçiriləcək

Tbilisi. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında yaradılmış İşçi Qrupun ikinci iclası yanvarın 30-31-də Tbilisidə keçiriləcək.

Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, iclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

İşçi Qrupun birinci iclası 2016-cı il martın 16-da Bakıda keçirilmişdi. Nazirliklər arasında aparılan danışıqlardan sonra ikinci iclasın Tbilisidə keçirilməsi qərara alınmışdı.

İclasda iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə 2017-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı məsləhətləşmələr aparılacaq.

Səfər çərçivəsində Gürcüstanın tarixi abidələrinə baxış və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi