Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya gecənin xüsusi qonağı olacaq
Mədəniyyət siyasəti
18 Avqust , 2017 10:50
Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Abdulla Tuqay adına Tatarıstan Dövlət Filarmoniyası tanınmış Sovet və Azərbaycan müğənnisi, bəstəkarı Müslüm Maqomayevin xatirəsinə konsert proqramı təşkil edəcək.

"Report" "Tatar-inform" istinadən xəbər verir ki, konsert bu il oktyabrın 1-nə planlaşdırılıb.

Konsert proqramında görkəmli sənətkarın repertuarından olan ən yaxşı mahnıları Yevgeni Kunqurov, Boris Dyakov, İrina Kostina, İqnat Izotov və Rezeda Qalimova ifa edəcəklər. Konsertdə həmçinin azərbaycanlı baritonu Cavid Səmədov də iştirak edəcək.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya gecənin xüsusi qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi