Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb

Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub
Mədəniyyət siyasəti
14 Fevral , 2017 10:47
Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb

Bakı. 14 fevral. REPORT.AZ/  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb. 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır.

Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub.

Kinoteatrda martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının “Bizim kino günləri” layihəsi çərçivəsində “Yarımçıq xatirələr” (3-8 fevral), “Qatil” (9-15 fevral), “İçəri şəhər” (16-22 fevral), “Axınla aşağı” (23 fevral-1 mart), “Xeyirlə şərin rəqsi” (2-8 mart), “Dərs” (9-15 mart), “Qırmızı bağ” (16-22 mart), “Yaddaş” (23-29 mart) filmləri nümayiş olunacaq. Biletlərin qiyməti 2 AZN təşkil edir, 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.

Həmçinin, kinoteatrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi