Yuxarı

Son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayı açıqlanıb

Son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayı açıqlanıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Mədəniyyət Nazirliyi son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayını açıqlayıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilən filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.

Qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı, ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovy Vary, Tokyo, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək 346 dəfə həmin festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi