Yuxarı

Silvester Stallone Donald Trampın İncəsənət Fonduna rəhbərlik etmək təklifini qəbul etməyib

Silvester Stallone Donald Trampın İncəsənət Fonduna rəhbərlik etmək təklifini qəbul etməyib
Aktyor bildirib ki, veteranlarla işləmək daha faydalı olacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Amerikalı aktyor və rejissor Silvester Stallone ABŞ Prezidenti Donald Trampın Milli İncəsənət Fonduna rəhbərlik etmək təklifindən imtina edib. 

Bu barədə "Report" "Variety"yə istinadən xəbər verir.

S.Stallone bildirib ki, onun namizədliyinin bu vəzifəyə görə nəzərdən keçirilməsi onu məmnun edib, lakin hesab edir ki, veteranlarla işləmək daha faydalı olacaq.

Qeyd edək ki, Milli İncəsənət Fondu incəsənət təşkilatları arasında dövlət qrantlarının paylaşdırılmasına görə cavabdehdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi