Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib

Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib Cənubi Koreya parlamentinin deputatları "Azərbaycan həqiqətləri: keçmişdən günümüzə" sərgisi ilə tanış olub
Mədəniyyət siyasəti
15 Fevral , 2017 10:26
Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Seulda Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin dəstəyi ilə "Azərbaycan həqiqətləri: keçmişdən günümüzə" adlı sərgi keçirilib.

Bu barədə "Report" Koreya KİV-inə istinadən xəbər verir.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, eləcə də Cənubi Koreya parlamentinin bir sıra deputatları iştirak edib.

Sərgi Cənubi Koreya Milli Assambleyasında keçirilib.

Son xəbərlər

Orphus sistemi