Yuxarı

Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək

Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək
Azərbaycanın müxtəlif tanınmış rəqs və musiqi ansambllarının çıxışları olacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək.

"Report" Azərbaycanın Koreya Respublikasındakı səfirliyinə istinadən xəbər verir ki, konsert Azərbaycan da daxil olmaqla 5 ölkənin iştirak edəcəyi Türk Mədəniyyəti Günləri çərçivəsində noyabrın 9-da baş tutacaq.

Konsert çərçivəsində "Natiq ritm qrupu"nun, "Muğam" beynəlxalq ansamblının, Elçin Şirinovun caz qrupunun, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi