“Səs Azərbaycan” yarışmasının iştirakçıları "Retro Bakı" layihəsində çıxış ediblər

“Səs Azərbaycan” yarışmasının iştirakçıları "Retro Bakı" layihəsində çıxış ediblər Layihə tədbirləri oktyabrın ortalarınadək davam edəcək
Mədəniyyət siyasəti
8 Avqust , 2016 16:23
“Səs Azərbaycan” yarışmasının iştirakçıları Retro Bakı layihəsində çıxış ediblər

Bakı. 8 avqust. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Retro Bakı” layihəsinin konsertləri davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu həftə keçirilən konsertlərdə "Səs Azərbaycan" yarışmasının iştirakçıları Nofəl Aslanov və Rüfət Xəlil, şanson ifaçısı Aydın, müğənnilər Aysel Əlizadə, Səbinə Əskərova, Ülkər Əliyeva, Könül Şıxəliyeva, "İnci" vokal qrupu, "Can bala" uşaq vokal qrupu, “Səma”, "Renesans", "Nice" rəqs qrupları ifaları ilə Fəvvarələr meydanında coşqu yaradıblar.

Xatırladaq ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında rəngarəng konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi