Şərqi Avropa ölkələrində mədəni müxtəlifliyin inkişafı üçün əməkdaşlığa dair müqavilə imzalanıb

Şərqi Avropa ölkələrində mədəni müxtəlifliyin inkişafı üçün əməkdaşlığa dair müqavilə imzalanıb ADAMI media mükafatı Şərq Tərəfdaşlığı ölkələrində jurnalistlərin və digər media mütəxəssislərin fəaliyyətini işıqlandırır
Mədəniyyət siyasəti
31 Avqust , 2016 19:20
Şərqi Avropa ölkələrində mədəni müxtəlifliyin inkişafı üçün əməkdaşlığa dair müqavilə imzalanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Şərqi Avropada mədəni müxtəlifliyə görə ADAMI media mükafatı baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşən "ProCredit Holding AG & Co KGaA" şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb.

"Report"un verdiyi xəbər görə, müqavilənin şərtlərinə görə "ProCredit Holding" ADAMI media mükafatına film yaradıcıları üçün əməkdaşlıq imkanlarının genişləndirilməsi və mədəni müxtəlifliyin inkişafında dəstək olacaq, ADAMI media mükafatının keçirildiyi ölkələrdən - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan yayımçılara və audiovizual KİV-lərin jurnalistlərinə kömək göstərəcək.

"ProCredit Holding" "ADAMI" müsabiqəsinin maliyyələşdiriməsini təmin edəcək və noyabrın 24-də Kiyevdə təntənəli mərasimin keçirilməsinə dəstək verəcək.

Beynəlxalq səviyyədə işıqlandırılacaq tədbir zamanı Şərqi Avropa və Qafqaz ölkələri xalqlarının arasında milli, etnik, dini və mədəni müxtəlifliyin inkişafına təkan verən ən yaxşı filmlər, televiziya və onlayn verilişləri mükafatlandırılacaq. 

Son xəbərlər

Orphus sistemi