Serbiyada Heydər Əliyevin 95 və ADR-in 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Serbiyada Heydər Əliyevin 95 və ADR-in 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib Bakı. 11 may. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 və Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
11 May , 2018 12:58
Serbiyada Heydər Əliyevin 95 və ADR-in 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 və Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

"Report" xəbər verir ki, konsert Belqrad Milli Akademik Opera Teatrında baş tutub.

Konsertdə Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında tarzən Ramiz Quliyev, Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova və Belqrad Milli Opera Teatrının Simfonik Orkestri iştirak ediblər.

Konsertdə həmçinin opera müğənnisi, soprano Yasmina Trumbetaş, bariton Aleksandr Samratoviç və beynəlxalq müsabiqələrin laureatı Mina Ristiç çıxış ediblər.

Dünya şöhrətli azərbaycanlı, serbiyalı və avropalı bəstəkarların əsərlərinin ifa olunduğu konsertin təşkilatçısı qismində Azərbaycanın Serbiyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi çıxış edib.

Son xəbərlər

Orphus sistemi