Şəmkir Aİ-nin "Kreativ şəhərlər" proqramında iştirak etmək üçün seçilib

Şəmkir Aİ-nin "Kreativ şəhərlər" proqramında iştirak etmək üçün seçilib Proqram "Şərq Tərəfdaşlığı" ölkələrinin kiçik və orta şəhərlərinin və regionlarının yaradıcılıq potensialını inkişaf etdirmək üçün nəzərdə tutulub
Mədəniyyət siyasəti
17 Mart , 2017 15:45
Şəmkir Aİ-nin Kreativ şəhərlər proqramında iştirak etmək üçün seçilib

Bakı. 17 mart. REPORT.AZ/ Şəmkir Avropa İttifaqının "Kreativ şəhərlər" proqramında iştirak etmək üçün seçilib.

"Report" "British Council" təşkilatına istinadən xəbər verir ki, 2015-ci ildən etibarən "British Council" tərəfindən idarə olunan Aİ - Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" proqramı kiçik və orta şəhər və rayonlara yaradıcılıq potensiallarını artırmaqda kömək edəcək proqramın icrasına başlayıb.

"Kreativ Şəhər və Rayonlar" təşəbbüsünün məqsədi bütün əsas maraqlı tərəflərin mədəniyyət və yaradıcılıq sektorlarının potensialı barədə məlumatlılığının artırılması, yerli mədəniyyət və yaradıcılıq resursları haqqında məlumat toplanmasıdır. Proqram çərçivəsində mədəniyyət və yaradıcılıq sahələrinin potensialının inkişaf etdirilməsi, yerli mədəni mühitin formalaşdırılması, yerli müəssisələrdən ibarət klasterlərin yaradılması, turizm sektorunda təklifin keyfiyyətinin yüksəldilməsi üçün konkret təkliflərin hazırlanması planlaşdırılır.

İxtisaslı mütəxəssislər tərəfindən ən müasir metodologiyaya əsaslanan tədbirlərin keçirilməsi nəzərdə tutulub. İştirakçılar şəhərlərin/rayonların nümayəndələri və onların icmaları üçün nəzərdə tutulmuş, onların bu rayonların yaradıcılıq potensialını möhkəmləndirməsinə kömək edəcək materiallardan istifadə etmək imkanı əldə edəcək. Bundan əlavə, onlar ixtisaslaşmış ekspertlərlə işləmək və digər "Şərq Tərəfdaşlığı" ölkələrindən olan həmkarları ilə şəbəkə yaratmaq imkanına sahib olacaq.

Ümumilikdə "Şərq Tərəfdaşlığı"na daxil olan 6 ölkədən 84 müraciət göndərilib.

Son xəbərlər

Orphus sistemi