​Səmərqənddəki "Afrosiab" Muzeyində "Azərbaycan" pavilyonunun açılışı olub

​Səmərqənddəki "Afrosiab" Muzeyində "Azərbaycan" pavilyonunun açılışı olub Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Yallı", "Uzundərə" kimi milli rəqslərini ifa ediblər
Mədəniyyət siyasəti
9 Dekabr , 2015 13:47
​Səmərqənddəki Afrosiab Muzeyində Azərbaycan pavilyonunun açılışı olub

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan mədəniyyətinə həsr olunan tədbirlər çərçivəsində Səmərqənddəki "Afrosiab" Dövlət Tarix Muzeyində "Azərbaycan paviliyonu"nun açılışı olub.

Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, "Afrosiab" Muzeyində "Azərbaycan" adlı sərgidə ölkənin tarixi, mədəniyyətinə dair suvenirlər, maddi-mədəniyyət nümunələri, Azərbaycan milli qadın və kişi geyimləri, xalçaları, milli musiqi alətləri, kəlağayılar, habelə ölkənin mədəniyyəti, xalça sənətinə dair kitablar nümayiş etdirilib.

Sərginin açılış lenti kəsildikdən sonra çıxış edən "Afrosiab" Muzey-Qoruğun direktoru Xodjakul Muxammediev Azərbaycanın Özbəkistana qardaş ölkə olduğunu bildirib, iki xalq arasında dostluğun qədim tarixindən danışıb. O, Azərbaycan mədəniyyətinin qədim və zəngin olduğunu, Özbəkistanda həmişə maraqla qarşılandığını bildirib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrin inkişafından danışıb. O, Səmərqənd Dövlət Tarix Muzeyində yaradılan "Azərbaycan" sərgisi vasitəsi ilə həm səmərqəndlilərin, həm də bu şəhərə gələn turistlərin Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat əldə edəcəklərini bildirib.

Daha sonra iştirakçılar sərgi ilə tanış oldular, sərgidə nümayiş olunan eksponatlar, Azərbaycana dair maddi-mədəniyyət nümunələri barədə məlumat verilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Yallı", "Uzundərə" kimi Azərbaycan milli rəqslərini ifa ediblər. 

Qeyd edək ki, "Afrosiab" Dövlət Tarix Muzeyi qədim insan yaşayış məskəni olan qoruq ərazisində yerləşir və Orta Asiyanın ən nüfuzlu, zəngin muzeyi sayılır. 

Son xəbərlər

Orphus sistemi