Yuxarı

Şəki UNESKO-nun Dünya İrs Siyahısına salınıb - YENİLƏNİB

​Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzi nominasiyası müzakirəyə ç

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

"Report" xəbər verir ki, bugünkü müzakirədə Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb.

Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki Xan Sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib.

Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən iclasında Dünya İrs Siyahısına təqdim edilən 10 nominasiyaya baxılmalıdır.


***12:50

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyulun 7-də keçirilən növbəti iclasında Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılıb.

“Report”un məlumatına görə, ICOM-un hesabatı dinlənildikdən sonra müzakirələrə başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi