Bakı. 24 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Səkinə İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Səkinə Qulu qızı İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.