Şəkidə ikinci beynəlxalq şirniyyat festivalı keçiriləcək

Şəkidə ikinci beynəlxalq şirniyyat festivalı keçiriləcək Münsiflər Heyəti şirniyyat nümunələrini qiymətləndirəcək, fərqlənənlər mükafatlandırılacaq
Mədəniyyət siyasəti
17 İyul , 2015 14:32
Şəkidə ikinci beynəlxalq şirniyyat festivalı keçiriləcək

Bakı. 17 iyul. REPORT.AZ/ Şəki şəhərində ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 20-də keçiriləcək festivala hazırlıq işləri görülür.

Festival Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Şəhər İcra Hakimiyyəti başçısının müavini, festivalın Təşkilat Komitəsinin üzvü Zərinə Cavadova bildirib ki, tədbirin rəsmi açılış mərasimi Şəki Olimpiya İdman Kompleksinin həyətində keçiriləcək. Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək geniş çeşiddə şirniyyat nümunələri ilə tanış olacaqlar. Festivalda 12 ölkədən – Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya Respublikası və İndoneziyadan gəlmiş qənnadıçılar, eləcə də Azərbaycanın 21 şəhər və rayonunun şirniyyatçıları hazırladıqları şirniyyatları nümayiş etdirəcəklər.

Münsiflər Heyəti şirniyyat nümunələrini qiymətləndirəcək, fərqlənənlər mükafatlandırılacaqlar. 

Festival konsert proqramı ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi