Yuxarı

Şəki Dövlət Dram Teatrının 2020-ci il üzrə repertuar planı təsdiqlənib

Şəki Dövlət Dram Teatrının 2020-ci il üzrə repertuar planı təsdiqlənib

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib.

Teatrdan "Report"a verilən məlumata görə, teatrın səhnəsində cari ildə Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsəri və uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq.

Əməkdar incəsənət xadimi Sabit Rəhmanın “Yalan”, görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin isə “Ağaməhəmməd şah Qacar” əsərlərinin seçilməsində məqsəd dramaturqların anadan olmasının 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır.

Hazırda teatrda Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Burda həm xanlıqlar arasındakı ədavət, həm Nadir şah hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, həm də Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələrdən söhbət açılır. İki hissəli dram Dövlət Mükafatı laureatı, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi