Səfir: "Bu gün Türkiyə xaricində ən çox şəhidimizin olduğu ölkə Azərbaycandır"

Səfir: "Bu gün Türkiyə xaricində ən çox şəhidimizin olduğu ölkə Azərbaycandır" "Azərbaycan bizim də vətənimizdir"
Mədəniyyət siyasəti
24 May , 2018 18:27
Səfir: Bu gün Türkiyə xaricində ən çox şəhidimizin olduğu ölkə Azərbaycandır

Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycanın hər guşəsində şəhid məzarımız var və Azərbaycan bizim də vətənimizdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100-cü ildönümü" adlı sərgisinin açılışında deyib.

Onun sözlərinə görə, yüz il əvvəl Azərbaycanda və Osmanlı İmperiyasında çətin dövr yaşanırdı: "Osmanlı İmperiyasında ölüm-dirim savaşı yaşanırdı. Lakin buna baxmayaraq, Osmanlı İmperiyası Azərbaycanın yardım çağırışını cavabsız qoymadı və qısa müddət ərzində hərbi qüvvə göndərdi. Qafqaz İslam Ordusunun mayın sonlarında başlayan yürüşü sentyabrın 15-i Bakının azad edilməsi ilə başa çatdı. Osmanlı ordusunun son qələbəsi də məhz 1918-ci ildə Azərbaycanda olub. Bu gün Türkiyə xaricində ən çox şəhidimizin, məzarlığımızın olduğu ölkə Azərbaycandır, 1130 şəhidimiz var".

Səfir qeyd edib ki, bunun bir səbəbi də Azərbaycanın Vətən olmasıdır: "Bu gün dünyada Azərbaycan kimi güclü qardaşımızın olduğuna görə qürur duyuruq. Çünki biz birlikdə çox güclüyük, çox irəliyə gedirik".

Azərbaycanın mədəniyyət naziri Əbulfəs Qarayev bildirib ki, türk ordusu Azərbaycan xalqını bir çox fəlakətlərdən qurtarıb: "Bu sərgi Azərbaycan və türk xalqının birgə tarixinin nümunəsidir. Biz fəxr edirik ki, xalqlarımız hər zaman, xüsusilə də çətin dövrlərdə bir yerdə olublar".

Son xəbərlər

Orphus sistemi