Yuxarı

“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb

“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.

"Report" xəbər verir ki, tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub. Tamaşa oktyabrın 24-də 20.00-da nümayiş etdiriləcək.

Azərbaycan və Türkiyənin rəsmi şəxsləri də tamaşaya baxmağa gələcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi