"Şahdağ" Turizm Mərkəzini qış mövsümündə 75 000-dən çox turist ziyarət edib

"Şahdağ" Turizm Mərkəzini qış mövsümündə 75 000-dən çox turist ziyarət edib Turizm Mərkəzində qış mövsümü başa çatıb
Mədəniyyət siyasəti
6 Aprel , 2016 11:56
Şahdağ Turizm Mərkəzini qış mövsümündə 75 000-dən çox turist ziyarət edib

Bakı. 6 aprel. REPORT.AZ/ "Şahdağ" Turizm Mərkəzi aprel ayının 4-dən etibarən 2015-2016-cı il qış mövsümünü bağlı elan edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda ilk dağ-xizək mərkəzinin artıq sayca 4-cüsü olan bu qış mövsümü ərzində qonaqların mükəmməl istirahəti və əyləncəsi üçün turizm mərkəzi var gücü ilə çalışıb: "Bu mövsüm ərzində turizm mərkəzini 75 000-dən çox turist ziyarət edib. Məlumdur ki, "Şahdağ" Turizm Mərkəzinin əsas məqsədlərindən biri də Azərbaycanda xizəkçilik mədəniyyətinin formalaşdırılması və qış idman növlərinin inkişafına nail olmaqdır. Bu sahədə uğurun əsas göstəricisi turizm mərkəzinə gələn qonaqların 40 faizinin məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarlarının olmasıdır".

"Şahdağ" Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə mühüm addımlar atılıb, xarici turizm şirkətləri üçün info-turlar təşkil olunub, Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edilib. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib.

İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən hotellər qonaqların ixtiyarında olacaq. Xüsusilə, "Şahdağ" hotelində fəaliyyət göstərən sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssilərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçimlərdən olacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir.

Son xəbərlər

Orphus sistemi