Bakı. 13 iyul. REPORT.AZ/ M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinə yeni direktor təyinatı olub.
Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
Belə ki, Fazil Mütəllim oğlu Vəliyev M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.